bjk-yek-893
  maraqli faktlar
 

Maşın

Yüksək sürətli qatar

Maşın (yunanca – μηχανη: latınca mechané: yəni qurğu, avadanlıq deməkdir) qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına („Deus ex machina“) görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompyüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar:

1. Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çevricilər)

2. İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadıə eidlən maşınlar)

3. Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.)

4. Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)

Çox vaxt avtomobilləri də maşın adlandırırlar.



Bəlləbur qalası


Bəlləbur qalası
Bəlləbur qalası.jpg
Tikili haqqında məlumat
Orijinal adı Bəlləbur qalası
Ölkə Azərbaycan bayrağı Azərbaycan
Yeri Lənkəran
Tarixi VII əsr
Tikili Qala
Tipi İstehkam qala
Vəziyyəti Xarabalıqları qalıb
Xəritədə yeri
 
LənkəranBəlləbur qalası  is located in Azərbaycan

Oba soyqırımı


Iğdıra bağlı Oba kəndində Ermənilər tərəfindən qətl edilmiş Türklərə aid bir toplu məzar olduğu ilk dəfə Prof. Dr. Enver Qonaqçı tərəfindən təsbit edilmiş və bu arxiv sənədləriylə də dəstəklənilmişdir.

1 Mart 1986da yerində edilən toplu məzar qazıntısında tarixi sənədləri təsdiqləyən tapıntılar əldə edilmiş və hadisənin ədəb şahidlərindən Sakinə Əksinin izah etdikləri ilə də "Dandır damı qırğını" daha da açıqlığa qovuşmuşdur.

Edilən qazıntıda 6 x 8 m. ölçülərindəki quruluşun şimala baxan qapısının iç hissəsində başladılan ilk açmada, "Bağlı Dəmir Kilid" tapılmış, daha sonra otağının orta qisimində edilən ikinci açmada 1 m.lıq üst plomb torpağın altında 90a yaxın insan sümüklərine çatılmışdır. Bəzi kəllələrin üzərində dəlik, çatlaq və qırıqların olduğu görülmüşdür. Otağının ortasındakı dandırın cənubunda olan daş altlıq, quruluşun torpaq damlı örtüsünü daşıyan tək taxta direğe aid olmalı idi və bu direğin yanıq parçaları da əldə edildi.

Tapıntılar ədəb şahidi ifadəsi ilə birləşdirilincə; Erməni şəbəkəçilərinin; "Dandır Damı Qırğını"nda Oba kəndindən zorla et yığdıqları silahsız vətəndaş insanların bir çoxuna işgəncə etdiyi, hamısını üzü qoyun yerə yatırdaraq otağa kilidlədikləri, üzərlərinə atəş açdıqları və daha sonra bacadan gazyağı tökərək dandır damını atəşə verdikləri, taxta direğin yanmasıyla da torpaq damın çökdüyü aydın olmaqdadır. Edilən qazıntı əsnasında ərimiş dəmir parçaları, yanıq taxta parçaları, şüşə qırıqları, güllə nüvələri və bir parça parçala birlikdə sümüklər tapılmışdır. Damın divar və döşəməsindəki qalın yanıq layı və kül təbəqəsi digər sənədlərin bu yanğında yox olduğunu göstərməkdədir.[1]


Aşel mədəniyyəti


Aşel mədəniyyətiAzərbaycan ərazisində arxeoloji mədəniyyətdir.

Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir. Əmək alətləri başlıca olaraq felzit, kvars, çaxmaqdaşı, bazalt, əhəngdaşından, bəzən isə xalsedon və digər daş cinslərindən hazırlanmışdır. Daş məmulatı əmək alətləri, istehsal tullantıları və çay daşlarından ibarətdir. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.

Çapacaq və çapacaq tipli alətlər çay daşının hər iki tərəfindən qəlpələr qoparılmaqla hazırlanmış, tutacaq hissəsinin təbii qabığı saxlanmışdır. Çopper tipli alətlərin bir kənarı, yaxud ucu qəlpələr qoparılmaqla işlənmişdir. Bu tip alətlərlə yanaşı düz vurma səthi olan və təbii qabıqla örtülmüş qəlpələrdən hazırlanmış alətlər də vardır. Onlar ərsinlər, itiuclular, limastipli və s. alətlərdən ibarətdir. Aşkar olunan əmək alətləri qədim insanların yalnız çay daşlarından hazırlanmış çopper, coppinq və kobud çapacaqlarla kifayətlənmədiyini, qəlpələrdən əmək alətləri hazırlamağa başladığını göstərir. Azıx mağarasının Erkən Aşel mədəniyyətinə aid əmək alətləri qəlpələrin qoparılma texnikasına görə olduqca kobuddur və keçmiş SSRİ-də onların bənzərləri yoxdur. Altıncı təbəqədən aşkar edilmiş arxeoloji materiallar bir tərəfdən daha qədim Quruçay mədəniyyətinin, digər tərəfdən isə Orta Aşel mədəniyyətinin xüsusiyyətlərini daşımaqla Aşelə keçid mərhələsini əks etdirir. Aşkar olunan fauna qalıqları, o cümldən Мerka kərgadanı, Şotenzak bizonu, Zyusenbern atı, Мesopotomiya maralı, mağara kaftarı, nəhəng maral, cənub yarasalarının sümükləri bu dövrün Мindel buzlaşması dövrünə, bəlkə də daha əvvələ aid olduğunu deməyə imkan verir. Sümük qalıqlarının hamısı daşlaşmış vəziyyətdə aşkar olunmuşdur.

Erkən Aşel dövrü təbəqəsində diametri 30 x 20 sm olan ocaq qalıqlarının aşkar olunması Azıx sakinlərinin odla tanış olduğunu göstərir. Ocaq birbaşa girişdə yox, qapıdan 20-25 m uzaqlıqda cənub divarı yaxınlığında qurulmuşdur. O dövrdə Azıx mağarasını əhatə edən bitki örtüyü də fərqli olmuşdur. Flora qalıqlarının tədqiqi Azıx sakinlərinin 60-dan artıq bitki növündən istifadə etdiyini göstərir. Başlıca ağac cinsləri çinar, küknar, qızılağac, palıd, tozağacı, göyrüş, cökə, vələs və digərlərindən ibarət olmuşdur. Heyvan və bitki qalıqlarının öyrənilməsi Azıx mağarasındakı altıncı təbəqənin Bakı dövrünə aid olduğunu deməyə əsas verir. Paleomaqnit ölçmələr isə bu təbəqənin Bryunes dövrünə, erkən Pleystocen, yaxud Tiraspol kompleksinin erkən inkişaf mərhələsinə aid olduğunu təsdiq edir. Bu isə təqribən 730 min il bundan əvvələ uyğun gəlir.

Altıncı təbəqənin üzərini örtən beşinci Orta Aşel təbəqəsi litoloji tərkibinə, rənginə, qalınlığına və arxeoloji materialın tərkibinə görə Erkən Aşel təbəqəsindən fərqlənir. Bu təbəqədən daş məmulatı, qədim insanın çənə sümüyünün parçası, ocaq qalıqları, daş hörgü və s. aşkar olunmuşdur. Daş məmulatı Erkən Aşel təbəqəsinə nisbətən 5-6 dəfə azdır. Tədqiqatçılar daş alətlərin az tapılmasını Orta Aşeldə havaların istiləşməsi və rütubətli iqlim şəraiti ilə bağlayırlar. Erkən Aşel dövrü ilə müqayisədə bu dövrdə aşağı keyfiyyətli daş cinslərindən istifadə edilməmişdir. Daş alətlərin hazırlanmasında felzit, çaxmaq daşı, bazalt, çaxmaqdaşlı əhəngdaşı, bəzən isə xalsedondan istifadə edilmişdir. Əmək alətləri çopper, çoppinq, əl çapacağı, ərsin və itiuclularla təmsil olunmuşdur. Əmək alətləri ilə bərabər qəlpələr, parçalanmış və bütöv təbii çay daşları da əldə edilmişdir. Beşinci təbəqənin alt qatlarından aşkar olunmuş əmək alətləri ümumi əlamətlərinə görə altıncı təbəqənin alətlərindən fərqlənmir, üst qatlardan aşkar olunmuş alətlər isə xeyli təkmildir. Bu fərqlər fauna qalıqlarında da özünü göstərir. Beşinci təbəqənin üst qatlarının fauna qalıqları Tiraspol kompleksindən fərqlənərək Sinqil kompleksi ilə oxşarlıq təşkil edir. Мüxtəlif landşaftlarda yaşayan heyvanların qalıqlarının aşkar edilməsi Orta Aşel dövründə havaların istiləşdiyini göstərir. Orta Aşel Azərbaycanda Мindel-Ris buzlaşmaları arasındakı dövrə uyğundur. Bu təbəqədən 35 növ heyvana aid fauna qalıqları aşkar edilmişdir. Onlar arasında nəcib maral, cüyür, qaban, porsuq, at, eşşək, uzunbuynuz maral, sayqak və digər heyvanların qalıqları vardır. 1968-ci ildə beşinci təbəqədən qədim insana aid alt çənə sümüyünün tapılması Aşel insanlarının fiziki quruluşu haqqında müəyyən fikir yürütməyə imkan vermişdir. Onunla birlikdə Orta Pleystocen dövrünə aid Aşel alətləri və xeyli miqdarda fauna qalıqları aşkar edilmişdir. Bu, keçmiş SSRİ ərazisində ən qədim paleoantropoloji tapıntı idi. Azıx adamının indiyədək dünyanın müxtəlif Paleolit düşərgələrindən tapılmış insan qalıqları ilə müqayisəli araşdırılması onun preneandertal tipinə aid olduğunu göstərir. Bu aşkar olunan fauna qalıqlarının geoloji dövrü və Aşel tipli daş alətlərin dövrü ilə tamamilə uyğundur. Azıxantropun çənə parçasına əsasən demək olar ki, Aşel mədəniyyətinin daşıyıcıları öz fiziki tipinə görə Fransanın cənubunda yaşayan preneandertallarla bənzər olmuşdur. Azıxantropun yaşadığı dövrdə Sinantrop və Heydelberq tipli insanlar yayılmışdır.

Tədqiqatlar zamanı aşkar olunan ocaq qalıqları Aşel insanlarının odla tanış olduğunu və ondan istifadə etdiyini təsdiq edir. Ocaqların olduqca yaxşı saxlanması toplanan yanacaq materialı haqqında da müəyyən təsəvvür əldə etməyə imkan verir. Ocaqların biri, yuxarıda qeyd edildiyi kimi, altıncı təbəqədə, qalanları isə beşinci təbəqədə aşkar olunmuşdur. Beşinci təbəqənin ikinci layında yerləşən üçüncü ocağın sahəsi xüsusilə böyük olub 10 kv.m-dir. Vaxtilə mağarada olan bulağın ətrafında yerləşən ocaq bir neçə dəfə yerini dəyişdiyindən kül qalıqları böyük sahəyə yayılmışdır. Kül təbəqəsinin altından mağara ayısının alt və üst çənə sümüyü, digər heyvanlara aid sümüklərin qalıqları aşkar edilmişdir. Bu sümüklər odun təsirindən qızarmışdı. Dördüncü ocaq üçüncünün əks tərəfində, mağaranın şimal divarı yaxınlığında aşkar olunmuşdur. Burada həmçinin qədim evin təməlinin qalıqları aşkar edilmişdir. Beşinci ocağın dibi əhəngdaşı lövhələri, ətrafı isə qaya daşları ilə döşənmişdi. Onun sahəsi 50 x 50 sm olmuşdur.

1971-ci ildə aparılan araşdırmalar zamanı ikinci ocağın səviyyəsində gizlin guşə aşkar olunmuşdur. Buraya mağara ayısının kəllələri qoyulmuşdu. Ocaq üçün xüsusi yer seçilməsi, onun yaxınlığında bulağın olması, ayı kəllələri qoyulan gizlin guşənin mövcudluğu göstərir ki, bu ocaqlar Aşel adamlarının həyatında mühüm rol oynamış, ehtimal ki, müəyyən mənada sitayiş xarakteri daşımışdır. Мağaranın birinci zalı qədim insanlar üçün yalnız mənzil rolunu oynamamış, həmçinin müqəddəs və ritual yer olmuşdur. Odun əhəmiyyətini görən insan ona böyük önəm vermiş və sitayiş etmişdir. Paleolit təbəqələrində, xüsusilə Aşeləqədərki və Erkən Aşel düşərgələrində ocaq izlərinə az rastlanmışdır. Aşel dövrünə aid abidələrdə ocaqlara indiyədək Çjoukoudyan, Terra-Amata, Lazar, Verteşeelleş və Azıxda rastlanmışdır. Tədqiqatçılar ocaqların meydana gəlməsini ovçuluq təsərrüfatı ilə bağlayırlar. Lakin araşdırmalar göstərir ki, ocaqlar yalnız yemək hazırlanması üçün deyil, mənzilin istidilməsi üçün də istifadə edilmişdir. Ocaqların müxtəlif səviyyələrdə, lakin müəyyən sahədə aşkar olunması göstərir ki, daşın emalı mağaranın girişində, yaşayış sahəsi isə bir qədər içəridə, ocaqların ətrafında olmuşdur. Azıx mağarasında yaşayış sahəsi kimi istifadə olunan hissə daş hörgü ilə mağaranın digər sahəsindən ayrılmışdır. Bu onu göstərir ki, Aşel insanları müəyyən dövrlərdə hava şəraiti ilə bağlı olaraq istini qoruyub saxlamağa ehtiyac hiss etmişlər. Daş hörgü müəyyən hissədə kəsilmiş və hörgünün davamı kimi maral buynuzları düzülmüşdür. Onlar bəzən bir-biri ilə üzbəüz yerləşdirilmişdir. Ehtimal ki, maral buynuzlarından ritual məqsədlə istifadə edilmişdir. Tədqiqatlara əsaslanaraq demək olar ki, Aşel dövründə insanlar süni tikintilərdən istifadə etməklə bərabər, süni od almağı da bacarmışlar.

Azıx mağarasının Aşel təbəqəsindən aşkar olunan arxeoloji tapıntılar o dövrdə yaşayan insanların mənəvi dünyası haqqında da müəyyən fikir deməyə imkan verir. Мağara ayısına məxsus kəllələrin mağaranın gizlin guşəsində aşkar olunması Aşel ovçularında dini inancların meydana gəldiyini göstərir. Ayı kəlləsi üzərinə çəkilən cizgilər heyvana sitayişlə bağlı inancların meydana çıxdığını ehtimal etməyə imkan verir. Bir-birinin yanına qoyulmuş ayı kəlləsi Gürcüstanda, Cənubi Osetiyanın I Kudaro düşərgəsinin Orta Aşel təbəqəsində aşkar olunmuş və tədqiqatçılar tərəfindən dini təsəvvürlərin yaranması ilə izah edilmişdir. Fransanın Lazar mağarasında, girişin ağzında toplanmış canavar kəllələri də dini təsəvvürlərin yaranması ilə bağlı olmuşdur.


Xarabagilan


Kiran, Gilan – Ordubad şəhəri yaxınlığında orta əsr şəhər yeri. 1926-29-cu illərdə və 1976-cı ildən tədqiq olunur sah. 100 ha-dan çoxdur. Abidənin qərb tərəfində e.ə 2-1-ci min illiklərə aid yaşayış məskəni və nekropol aşkar edilmişdir. Xarabagilanın Narın qalası (sa.10-ha-dan çox) və məhəllələri qala divarları ilə əhatə olunmuşdur. Qala divarları dördkünc və dairəvi bürclərlə möhkəmləndirilmişdir. Daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr habelə sənətkarlıq ocaqları və s. tikinti qalıqları aşkar edilmiş, çoxlu maddi mədəniyyət nümunəsi (şirli və şirsiz gil qablar,şüşə və metal məmulatı, sikkələr o cümlədən roma qızıl pulları və s.) tapılmışdır. Tapıntılar arasında XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsxi xəttlərilə yazılara rast gəlinib. Xarabagilan ərazisində ilk antik dövrdə (e.ə V-IV əsrlərdə) şəhər mədəniyyəti yaranmış, orta əsrlərdənisə bu şəhər Azərbaycanın mühüm ticarət və sənətkarləq mərkəzlərindən biri olmuşdur. Tədqiqatlar nəticəsində Monqol istilaları zamanı dağıdılmış Kiran şəhərinin xarbalığı olduğu aydınlaşdırılmışdır..

Alt paleolit


Paleolit dövrünün ilk pilləsi olan Alt paleolit dövrü ilk insan tipinin yaranmasından başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrə aid tapıntılar erməni işğalı altinda olan Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adi çay daşlarından ayırmaq çətindir. Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları, ərşin- qaşov, sıyırğac və s. alətlər tapılmışdır. Buradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Azıx mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir. Bunu 1962- ci ildə Azərbaycan tarixçisi Məmmədəli Hüseynovun aşkarladlğı 350- 450 min il bundan əvvəl yaşamış insanın[1] alt çənə sümüyünün qalığı sübut edir. Alimlər həmin ibtidai insanı “Azıxantrop”, yəni Azıx adamı adlandırmışlar.

İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə, quş yumurtası toplayır, yeməli bitkilərin köklərini, torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. yığıcılıqla qadınlar məşğul olurdular.Insanların ilk əmək alətləri dəyənək, itilənmiş ağac və çapacaqlar olmuşdur. Bunlarla silahlanmış insan qrupları xirda heyvanları, iri heyvanların balalarını, xəstə və sürüdən geri qlan heyvanları ovlayırdılar. Ovçuluqla əsasən kişilər məşğul olurdular.Ən qədim insan sadə işlər görür, əmək alətləri hazırlaya bilirdi. Onların hazırladıqları ilk əmək alətləri dəyənək, sivri daş, iti uclu ağac idi. Ən qədim insanlar müasir insanlardan fərqli olaraq xeyli qabağa əyilməklə iki pəncə üzərində yeriyir, danışa bilmir, qırıq-qırıq səslər çıxarırdılar. Ən qədim insandan fərqli olaraq “bacarıqlı insan” iki ayaq üzərində gəzə bilirdi, beyinləri nisbətən inkişaf etmişdi.Ibtidai insanlar kiçik qruplar, dəstələr halınada yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan sürüsü və ya ulu icma adlanır.Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcnuriyyətindən yaranmışdır. Belə kollektivlər daimi olmadığı kimi, ibtidai icma quruluşunun ilk pilləsində yaranmış, qəbilə icması yaranana qədər mövcud olmuşdur.

Qədim insanları heyvanlardan ayıran əsas məsələ onların əmək alətləri hazırlaması və oddan istifadə etmələri olmuşdur. Heç bir heyvan ən adi primitiv alət hazırlaya bilmədiyi kimi, oddan da qorxmaqdadırlar. İnsanlar ilk vaxtlar şimşək çaxması, vulkan püskürməsi, üzvi maddələrin öz- özünə yanması zamanı yanan odu götürərək istfadə edirdilər. Odu heç bir zaman sönməyə qoymudular. Oddan isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu.. Odu sönməməsi üçün böyük tonqallar qalanır və qadınlar daim odun keşiyində dururdular. Azıx mağarasında 700 min il əvvələ aid ocaq izləri tapılmışdır. Alt paleolitin sonunda əmək alətlərini yeni növü kəsicilər meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə, dəvəğözü) hazırlanırdı. Bu materiallar əsasən parçalandığı zaman iti-kəsici qəlpələr alındığı üçün dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı. Alt paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir.

Azərbaycan Arxeologiyası (jurnal)


“Azərbaycan Arxeologiyası” jurnalı 1999-cu ildə Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadədir. Keçən müddətdə jurnalın 12 sayı çapdan çıxmışdır.

“Azərbaycan Arxeologiyası” jurnalının əsas vəzifəsi Azərbaycanda arxeologiya elminin yaranma və inkişaf tarixini, nailiyyətlərini və prespektivlərini işıqlandırmağa yönəldilsə də əhatə dairəsi və istiqamətləri daha geniş və çoxsahəlidir. Jurnalın “Tədqiqatlar”, “Maraqlı tapıntılar”, “Elm tarixi”, “Böyük arxeoloji kəşflər” və digər bölmələrində Azərbaycan və dünya arxeologiyasının mühüm problemləri və yenilikləri daim diqqət mərkəzindədir. Dünya arxeologiyasının tanınmış karifelərinin böyük elmə əhəmiyyət kəsb edən məqalələrinin jurnalda vaxtaşırı çapı “Azərbaycan Arxeologiyasi” jurnalının yüksək elmi nəzəri istiqamətini müəyyən edən xüsusiyyətlərdəndir. Bu baxımdan dünya şöhrətli arxeolog- alimlər Burxard Brentes, V.M.Masson, V.İ.Sarianidi, R.M.Munçayev və başqalarını jurnalın ayrı-ayrı saylarında çap olunan məqalələri buna əyani misaldır. Dünyanı bürüyən qloballaşma prosesi şəraitində mədəni irsimizin tarixi köklərinin üzə çıxarılması, qorunub saxlanılması və təbliği məsələləri də “Azərbaycan Arxeologiyası” jurnalının diqqət mərkəzində duran məsələlərdəndir. Bununla əlaqədar jurnalın “İşğal olunmuş abidələr” bölməsi ümdə əhəmiyyət kəsb edir. Məsələ ilə bağlı “Azərbaycan Arxeologiyası” jurnalının hər bir sayında düşmən əlində olan abidələr haqqında geniş ictimaiyyətə xəbərdarlıq prinsiplərinə əsaslanan önəmli məlumatlar verilir. Jurnalın əməli əhəmiyyətə malik bölmələrindən biri də “Tələbələrə kömək” başlığı altındadır. Həmin bölmənin əsas məzmununu gənc nəsildə Azərbaycan və dünya arxeologiyasının qaranlıq məsələləri haqqında geniş təsəvvür yaratmaq amalı təşkil edir.

“Azərbaycan Arxeologiyası” jurnalında çap olunan yazılar təkcə elmi mütəxəssislər üçün yox, geniş elmi ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Hər bir elmi məqalə üçün rus və ingilis dilllərində xüsusi xülasələr verilir.


Damcılı mağarası


DAMCILI MAĞARASI

 

 

Məlumatlar
Ölkə Azərbaycan
Bölgə Qazax
Kənd Daş Salahlı
Sahəsi 360 m 2
Memarlıq
quruluşu
Mağara
Aid olduğu dövr Daş dövrü
Statusu Ölkə əhəmiyyətli

Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır.

Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Damcılı mağarasından tapılan nukleuslar

Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası,forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezeolit dövrüNeolit dövrünə aiddir.


Çörək muzeyi (Ağdam)


Çörək muzeyi
Aqdam -Ağdam Çörək muzeyi.JPG
Növü çörək
Yeri Azərbaycan, Ağdam
Kolleksiyası Muzeyin kolleksiyaları Ermənistanın işğalçılıq
siyasəti nəticəsində məhv edilmişdir.

Çörək muzeyi - Ağdamda çörək və çörək məmulatları, əkinçilik alətləri, onların tarixi haqqında muzey. Ermənistanın Ağdamı işğalından öncə çörək muzeyində unikal eksponantlar - çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar var idi. Hal-hazırda muzey Ermənistan ordusu tərəfindən məhv edilmişdir.[1]


Dinhatəpə


Dinhatəpə - Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Həsənlidən 25 km qərbdə yerləşən Manna dövrünə aid arxeoloji abidə.[1]

Bu abidə ərazisində arxeoloji qazıntılar O.V.Muskarellanın rəhbərliyi altında aparılıb. [2]Aşkar edilmiş tapıntılar uzun bir tarixi dövrü əhatə edir. Həsənli IV-V dövrlərinə uyğun gələn tikili qalıqları, həmiçinin Dinha III (e.ə. 1350-1000) və Dinha II (e.ə.1000-800) nekropolları e.ə. II minilliyin sonu-e.ə. I minilliyin əvvəlinə aiddir.Divarları üç tərəfdən çiy kərpicdən tikilmiş, Şərq tərəfdən isə açıq qoyulmuş Dinha III dövrü qəbirlərində ölülər quyu qəbirlərdə fərdi şəkildə basdırılmışdır. Bu dövrdə boz-qara keramika hazırlanmışdır. Qulpsuz, sərbəst növlü "çaydan"lar, birqulplu küplər, iki dəlikli və qövsvari yapması olan kasalar səciyyəvi əşyalardır.

Dinha II dövrünə dulus küpləri, tikili kompleksləri və qəbristanlıq aiddir. Ölülər divarları çiy kərpic ya da daşdan tikilmiş qeyri düzgün formalı qəbirlərdə basdırılmışdır. Bu qəbirlərin də divarları üç tərəfdən hörülmüş, üstü isə sal daşla örtülmüşdür. Ondan başqa içərisində yalnız uşaq sümükləri aşkar edilmiş iri təsərrüfat qəbirləri daha çox diqqəti cəlb edir. Bu dövrdə boz-qara keramikadan istifadə davam edir. Əksər hallarda keçmiş formalar saxlanılsa da, "körpücük" halqası ilə novlu birləşdirilmiş "çaydanlar", heyvan başı şəklində düzəldilmiş qulplu qablar kimi yeni formalar, Həsənli IV dövrü ilə yaxın paralelləri olan tunc və dəmirdən düzəldilmiş bəzəklər və silahlar meydana çıxır.[3]

O.V.Muskarella öz tədqiqatlarında Dinhatəpənin hər iki dövrünün həm keramika həm də metal əşyalarının Güney Azərbaycanda aşkar edilmiş sinxron abidələrin materialları ilə əlaqəsini izləmişdir.


Qırxçıraq


 

Orta əsrlərə aid yaşayış yeridir. Bakı-Salyan şosse yolunun 117 km-də, Kürün köhnə yatağının sol sahilindədir. Çay kənarında və karvan yolu üstündə olması Qırxçıraq əhalisinin təsərrüfat həyatına mühüm təsir göstərmişdi. Qırxçıraq ərazisində təpəcik şəkilli ev qalıqları vardır. Ərazinin küllə örtülmüş olması Qırxçırağın yanğın nəticəsində məhv olduğunu göstərir. Yerüstü tapıntılar XIII-XIV əsrlərə aid saxsı məmulatı, fayans qab qırıqları, Elxanilər, Qızıl Orda, CəlairilərQaraqoyunluların mis sikkələridir.


Qəleyçibulaq


Qəleyçibulaq - Ağsu rayonu Nuran kəndinin 2 km Şimal-Qərbində antik dövrə aid yaşayış yeri və qəbristanlıq.

Qəleyçibulaq 1973-cü ildə üzüm bağı salınarkən aşkar edilmişdir. 10-12 ha ərazini əhatə edir. Qəleyçibulağın yerləşdiyi sahə əhali arasında "Qaraçuxa", "Qaraçux", "Qaraçuxur" kimi də tanınır. Yaşayış yerindən çay daşından hörülmüş dördkünc tikili və dulus kürəsi, iri təsərrüfat küpləri, dən daşları, saxsı qıf, gil qadın heykəlciyi, tunc at fiquru və s., qəbristanlıqdan isə gil qablar, tunc xəncər, dəmir nizə ucluqları, müxtəlif bəzək əşyaları və s. tapılıb. Tapıntılar təqribən e.ə. XII əsrdən b.e. I əsrinə qədərki dövrü əhatə edir. Əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olub.


Zeve soyqırımı


 

"Vanın 18 km. şimal qərbindəki Çitören kəndi yaxınında iştirak edən Zeve Şəhidliyində 4 Aprel 1990da başlanan qazıntı işlərində, hadisəs(n)i yaşayan ədəb şahidlərindən İbrahim Sarğının şifahi ifadələri istiqamətində edilən qazıntıda, 30-40 sm. qalınlıqdakı plomb torpağın qaldırılmasından sonra topluca öldürülmüş insan sümükləriylə qarşılaşılmışdır.

Bunların bəzilərində kəllələrin qırıq və əzik, bəzən də çatlaq və yanıq olduğu izlənilmişdir. Qazıntıda ələ keçən tapıldıların ən əhəmiyyətliləri xəncər və xəncər üzləri, çox sayda güllə şanı, ipəkli parça parçaları, Sultan Rəşad tuğralı muncuqları olan boyunbağı, bal mumuyla qablı tilsim, mis pullar və sirr tərəfindən düymələrdir.

Tapıntılar, ədəb şahidi ifadəsi ilə birləşdirilincə bu məlumatlara çatılmaqdadır. 1915-ci ildə Rusların dəstəyində bölgəyə girən Erməni şəbəkəçilər, kəndləri basıb vətəndaş Türk və Müsəlman xalqı qətl etməyə başlarlar.

Yaxın ətrafdakı 8 kənddən yığdıqları təxminən 2000-2500 şəxsiyyət bir birliyi zorla Zeve kəndinə gətirən Erməni şəbəkəçilər, bunları təsadüfi evlərə və axırlara doldurub dəliçi və kəsici alətlərlə işgəncə etdikdən sonra insanların üzərinə atəş açmışlar. Ardından da bütün evlər yandırılmışdır.

Qazıntıda ortaya çıxarılan vəsaitlər Van Muzeyi "Qırğın Hissəsi"ndə sərgilənməkdədir."[1]


Anazağa yaşayış yeri


Anazağa yaşayış yeriAzərbaycan ərazisində arxeoloji abidə

Anazağa yaşayış yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş dağının üst hissəsində yerləşir. Qazıntılar zamanı burada üç mədəni təbəqə aşkar olunmuşdur. Alt təbəqələr daş dövrünə, ən üstdə olan 1m qalınlığındakı təbəqə isə Tunc dövrünə aiddir. Burada İlk Tunc dövrünə aid ayrıca təbəqəyə rast gəlinməmişdir. Kür-Araz mədəniyyətinə aid maddi- mədəniyyət qalıqları, yalnız müxtəlif mərhələləri əhatə edən, qarışıq təbəqələrdən əldə edilmişdir. Tapıntılar qara və şabalıdı rəngli cilalı qab parçalarından, daş alətlər, gil təkər modeli və başqa əşyalardan ibarətdir.


 
   
 
Copyright © 2011-... by Acme Corporation. All rights reserved
-
<>
online Kataloq
sitene sayaç ekle-silah oyunları oyna
online Kataloq
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol