bjk-yek-893
  AZERBAYCAN
 

 

 

Ümumi məlumat

Azərbaycan hökuməti xüsusi rejim yolu ilə ölkədə olan təbii landşaftların (mənzərə, görünüş) qorunub saxlanılmasına böyük diqqət yetirir. Azərbaycanda sənaenin və başqa sahələrin intensiv surətdə inkişafı ilə əlaqədar olaraq, mövcud olan landşaftların qorunub saxlanılması böyük elmi və tətbiqi mənaya malikdir. Bunun üçün ölkədə dövlət qoruqlarının yaranması diqqətə layiqdir. Hazırda qoruqların sayı 15-ə çatıb və 194,898 min ha əraziyə malikdir ki, bu da respublika ərazisinin 2,28%-ni təşkil edir. Azərbaycanda ilk qoruqlar: Göygöl, Zaqatala və Qızılağac qoruqları 1925 – 1930-cu illərdə yaranmışlar. Sonra 1936-cı ildə Hirkan, 1958-ci ildə Turyançay qoruqları təşkil olunmuşlar. Azərbaycan hökuməti 1959-cu ildə «Azərbaycan təbiətinin qorunması» qanunu qəbul etdikdən sonra yeni 8 qoruq təşkil olundu. Bunların ümumi sahəsi 46,8 min ha – dır. Bunlar: Qobustan, Pirqulu, şirvan, Qarayazı, Ağgöl, İsmayıllı və İlisu qoruqlarıdır. Beləliklə dövlət qoruqlarının sayı 1930-cu ildə 3-ə, 1959-cu ildə 5-ə, 1971-ci ildə 8-ə, 1981-ci ildə 12-ə, 1987-ci ildə 13-ə, 1990-cı ildə 15-ə çatdırıldı. Qoruqlar cürbəcür sahələrə (0,11-dən 88,36 min ha) malikdirlər. Böyük Qafqazda – 7 (ümumi sahəsi 58,288 min ha), Kiçik Qafqazda – 3 (7,090 min ha), Lənkəran dağlarında – 1 (2,9 min ha), Kür – Araz və Lənkəran düzənliklərində – 4 (123,4 min ha) dövlət qoruqları təşkil olunmuşdur. Respublika qoruqlarına yalnız torpaq sahələri yox və hətda su hövzələri DƏ daxildirlər. Bu baxımdan xəzər dənizi körfəzində – Qızılağac, səhra göllərində Ağgöl və Şirvan, dağ göllərində – Göygöl, Qaragöl su hovuzlarında - Hirkan, çaylarda – Qarayazı, Zaqatala, Göygöl, İsmayıllı, Pirqulu bəsitçay, Kirxan və Turyançay soruqlarına qeyd etmək lazımdır. Bir neçə qoruqların (Qızılağac, Ağgöl, Şirvan, Qarayazı) sahələrində su – bataqlıq landşaftları da qorunur. Göygöl, Hirkan, Zaqatala, Pirqulu, İsmayıllı, İlisu, Qarayazı, bəsitçay, Turyançay qoruqlarında hətda nadir və qiymətli bitkilər (dəmir ağacı, Lənkəran akasiyası, qafqaz xurması, şümşad ağacı, qaracöhrə ağacı, şam ağacı, palıd ağacı, fısdıq ağacı və sairə) DƏ qorunur. Şirvan, Hirkan, Göygöl, Zaqatala, İsmayıllı, İlisu və s. qoruqlarında məməlilər (ceyran, cüyür, Qafqaz maralı, qonur ayı, qaban, dovşan, Şərqi Qafqaz dağ keçisi və s) qorunurlar. Qızılağac, Ağgöl, Şirvan, Zaqatala, Qarayazı, Pirçulu qoruqlarında quşlar (kəklik, qırqovul, turac, sultan quşu, bəzgək, qaşqaldaq, müxtəlif ördəklər və və qazlar və durna və s.) və hətda balıqlar (kütün, çapaq, ağbalıq, naqqa, çəki, alabalıq və s.) da qorunurlar. Azərbaycanda 2 qoruq (Qızılağac) və beynəlxalq, qalan qoruqlar Qobustan regional sayılırlar. Qobustan qoruğu beynəlxalq turist marşrutu kimi qəbul olunmuşdur. Respublikada Zaqatala qoruğunun nəznində bir dənə biosfera qoruğu yaradılır. Azərbaycanda qoruqların növ tərkibləri, flora və faunanın biologiyası və ekologiyası öyrənilir, təhlil olunur və həm DƏ onların qorunması və yenidən hasil olunması vasitələri araşdırılır.
Azərbaycan Respublikası prezidentinin 16 iyun 2003-cü ildə əmrinə əsasən Şahbuz dövlət qoruğu və akademik Həsən Əliyev adına Ordubad Milli parkı yaranmışdır. Beləliklə Naxçıvan AR-nin ərazisində 3139 ha sahəsi olan Şahbuz dövlət qoruğu və 12139 ha sahəsi olan Ordubad dövlət milli parkı yaranmışdır.


QOBUSTAN HÖKÜMƏT TARİXİ – BƏDİİ QORUĞU

Bu Qoruq Azərbaycan Nazirlər Sovetinin 503 №-li qərarına əsasən 9 sentyabr 1966-cı ildə təşkil olunmuşdur. Ümumi sahəsi 4,4 min HA-dır. Bakının Qaradağ rayonunda Böyük Qafqaz dağının cənubi – şərq hissəsində Qobustan massivində yerləşir. Mədəniyyət Nazirliyinin nəzdindədir. Bu qoruq dünyada bir tarixi – bədii qoruq kimi tanınır və məqsədi bizim eradan 8 min il əvvəllərdə yaranmış qala üzərində yazılar və təsvirlər, yaşayış yerləri, qazıntılar, təpələr və tarixi abidələri qorumaq, onları daha mükəmməl öyrənmək və təbliğ etməkdir. Müxtəlif sujetlərdən ibarət olan 6 mindən çox qayaların üzərində həkk olunmuşlar. Bu da ki, bizim ulu babalarımızın, Azərbaycanımızın mənəviyyətini, mədəniyyətini təsvir etmək deməkdir. Qobustan abidələrinin öyrənilməsi 1939 – 1940-cı illərdə başlamış və indiyədək davam edir. Qobustanın abidələr kompleksi öz nadirliyinə görə dünya əhəmiyyətli sayılır. Azərbaycan xalqının ibtidai adamlarının ədəbiyyatı, incəsənəti, mədəniyyəti bu bu abidələrdə, yazılarda yaxşı təsvir olunur. Hər il Qobustana 30 mindən çox turistlər və ölkəmizin qonaqları təşrif buyururlar. Açıq səma altında yerləşən, böyük sahəyə malik olan bu muzey – qoruq Beynəlxalq turist marşrutlarında da öz yerini layiqincə tutmuşdur.


GÖYGÖL QORUĞU

Bu qoruq Qafqazın şimali – şərq yamaclarında Xanlar rayonunun ərazisində yerləşmişdir. Ərazidə yerləşən flora və faunanı bərpa etmək və qorumaq məqsədilə bu qoruq 1925-ci ildə təşkil edilmişdir. Ümumi sahəsi 7131 ha o cümlədən meşəlik 3,9 min HA – dır. Göygöl qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılmışdır. Həmin vadilərdə kiçik, iti çaylaraxır. 10-a yaxın göllər mövcuddur. Meşəlikdə qonur dağ - meşə, çəmənlikdə dağ – çəmən torpaqları mövcuddur. İqlim əsas soyuq qışı quru olur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqlardır. 1100 – 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl ölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov var. Qoruqda 30 növ məməlilər, 6 növ sürünənlər, 3 növ amfibiyalar, 1 növ balıq, 46 növ quşlar var. Cüyürə, Qafqaz maralına, Şərqi – Qafqaz dağ keçisinə, qonur ayıya, susamuruna, kiçik dələyə və başqa heyvanlara rast olunur. Quşlardan toğlu götürən quş, keçəl kərkəsi, kəllik və başqaları mövcuddur. Elləroğlu dağ silsiləsində (hünd. 710m) «Eldar şamı» qoruğunun filialı var. Palıdı torpağa malik olan bu dik yamaclarda (sahəsi 392 ha - dır) Eldar şamı meşəliyi yerləşir. Bundan başqa həmin sahədə seyrək şam meşəliyi, eldar şamı, eldar armudu, ardıc kolu, cır moruq, zoğal ağacları da var. Ağaclardan – eldar şamı, adi nar, qarmaq şəkilli şam, heyvanlardan – Zaqafqaziya qonur ayısı, faunadan – adi quru qurbağası, çay və göl alabalıqları Qırmızı kitaba salınmışlar.



QIZILAĞAC QORUĞU.

Kür – Araz və Lənkəran ovalıqlarında yerləşir. Böyük Qızılağac və kiçik Qızılağac körfəzinin şimal hissəsinin su sahəsini və sahil yanı ərazini əhatə edir. Qoruğun ümumi sahəsi 88,36 min ha, o cümlədən su sahəsi 51,48 ha-dır. Qoruq 1929-cu ildə müvəqqəti qoruq sayılan ərazidə köçəri quşların qorunması məqsədilə təşkil olunmuşdur. Qoruğun şimal sahəsində mülaim və mülaim isti iqlim, cənub hissəsində isə mülayim quru, yay iqlimi hökm sürür. Qoruğun quruluq sahəsində bozyer – çəmən və çəmən bataqlıq torpaqları mövcuddur. Qoruğun yerüstü florası nisbətən kasıbdır. Beləki körfəzlərin sahilləri, duzlu (şoran) torpaqları, bataqlıqların hündür yerləri qamışlıqla, kolluqla örtülmüşdür. Belə kolluq və qamışlıqlarda ov quşlarının gizlənməsi üçün münasib şərait yaranır. Qızılağac qoruğu köçəri quşların çoxalması üçün çox faydalıdır. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan quşu və başqa quşlar qışlamağa köçüb gəlirlər. Əfsuz ki, 20 növ quş, ocümlədən sultan quşu, turac quşu qırmızı kitaba salınmışlar. Qoruqda həmçinin məməlilər: qurd, qaban, çaqqal, qamış pişiyi, porsuq, susamuru və başqaları məskən salmışlar. Ümumiyyətlə Qızılağac qoruğu Beynəlxalq statusuna malikdir.



ZAQATALA QORUĞU

Bu qoruq 1929-cu ildə böyük Qafqaz dağlarının cənubdöşlərində təşkil olunmuşdur və orada mövcud olan Flora və Faunanı qoruyur. Sahəsi 23,44 min ha, o cümlədən 16,07 min ha meşəlik, 6,68 min ha çəmənlikdir. Qoruğun relyefi biri – birilə kəskin surətdə kəsişirlər. Torpaqları əsasən qonur və dağ – meşəlikdir. İqlimi dağ tundra hissələrdə qışda nəm və soyuq olur. Başqa sahələrdə mülayim isti yayda, qaşda quru qış keçir. Bitkilərinin sayı 800 növdən çoxdur. Meşələrin aşağı hissəsində palıd, vələs, ağcaqayın və başqa ağaclar. Ağacların hərəsinin orta hesabla 150 il yaşı var. Meşə altı sahələrdə fındıq ağacları, yemişan, zoğal, leyləkotu və başqaları mövcuddur. Çay vadilərində – qızılağac, cökə ağacı, qoz, xurma, cır gilas mövcuddurlar. Meşənin yuxarı hissələrində vələs, fısdıq, yalançı çinar, küknar, quşarmudu, qaracöhrə ağacı, ardıc kolluğu və başqa ağaclar, kolluqlar var. Bununla yanaşı bəzən güclü dağ və vadi küləkləri əsir və bunun nəticəsində külli miqdarda ağaclar yıxılır, ələlxüsus fısdıq ağacı meşələrində. Qoruqda 37 növ məməlilər, 8 növ amfibiyalar, 12 növ sürünən heyvanlar, 1 növ balıq, 104 növ quşlar mövcuddur. Böyük miqdarda təkdırnaqlı heyvanlar: maral, qaban, qonur ayı, porsuq, dələ, vaşaq, meşə pişiyi və başqa heyvanlar var. Bunlardan başqa qoruqda çoxlu miqdarda qiymətli və nadir quşlar var: Asiya kərkəsi, keçəl kərkəsi və başqaları bu yerlərin yaraşığıdır. Bu qoruqda hətda Qırmızı kitaba salınmış çoxlu miqdarda bitkilər qorunub saxlanılır. Bunlardan: meyvə gətirən qaracöhrə ağacı, fındıq ağacı, Pastuxov sarmaşığı, Mlokoseviç pionu, Qafqaz xurması, kazak ardıc kolu, Qafqaz rodendronu, pişik otu, səpilən şabalıd, meşə üzümü və başqaları. Faunanın nümayəndələrindən: qonur ayı, vaşaq, dağ keçisi, köpkər, adi quru qurbağası, quşlardan: Qafqaz tetrası, qartal, toğlu götürən quş, şahin quşu, sürünənlərdən: bağailanı və başqaları Qırmızı kitaba salınmışlar.



HİRKAN QORUĞU.

Lənkəran ovalıqlarının və Talış dağlarının meşə qurşağında yerləşir. 1936-cı ilin dekabr ayında yerli landşaftın öyrənilməsi və qorunması məqsədilə yaradılmışdır. Sahəsi 2,91 min ha-dır və bütün sahə meşə ilə örtülüdür. İki hissədən: dağ (2,82 min ha) və düzənlik (91 ha). Torpağı əsas qonur dağ – meşə və sarıyaçalan dağ – meşəlikdir. İqlimi yayda quru mülayim – isti, yağıntılar ərazidə bərabər miqdarda yağır. Ərazidə buzlaşmalar olmadığına görə çoxlu miqdarda qədimi növlər mövcuddur. Meşələr ən qiymətli ağaclar: dəmirağac, şabalıdı yarpaqlı palıd, vələs, fısdıq, ağcaqayın, şümşadağacı və s. Dağətəyi ərazilərdə: akasiya kolluqları və başqa kolluqlar. Qoruqda 1167 növ bitkilər, 18 növ məməlilər, 25 növ oturaq həyat sürən quşlar mövcuddur. İri məməlilərdən: Qafqaz vaşaqı, qaban, cüyür, qonur ayı, oxlu kirpi və s. Quşlardan: talış ağacdələni, zığ – zığ quşu, sitta və s. Böyük miqdarda suda – quruda yaşayanlar və sürünənlər var. 50 növə yaxın malyuskalar o cümlədən nəhəng çılpaq ilbiz mövcuddur. 20 növdən çox bitkilər, 10 növdən çox heyvanlar Azərbaycanın Qırmızı kitabına salınmışlar. Bunlardan: dəmirağacı, şabalıdı yarpaqlı palıdı, gərməşovu, hirkan əncili, şüşşad ağacını, Qafqaz xurmasını, qızılağacı, adi narı, hirkan armudunu, qaracöhrəni, heyvanlardan: Asiya bərbərini, xallı maralı, qonur ayını, zolaqlı kaftarı, vaşaqı, quşlardan qara hacıleyləyi göstərmək olar.



TURYANÇAY QORUĞU.


1958-ci il mayın 6-da Ağdam və yevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650m hündürdə təşkil olunmuşdur. Ümumi sahəsi 12,63-ha – dır və burada təbii landşaft (mənzərə) bərpa olunur və qorunur. Bu mənada püstə ağacı meşələrinə, ardıc kolluğuna, heyvanlar aləminə, torpaqların aşılaşmasına (eroziya) və Bozdağın (Turyançay və Alıcançay çaylarının arasında) təbii mənzərəsinə diqqəti nəzərə almaq lazımdır. Boz dağın tərkib hissəsini kiçik təbələr təşkil edir. Dağın cənub sahələrində torpaqlar eroziyaya uğramışdır və bitki aləmi demək olar ki, yoxdur. İqlimi mülayim – isti, qışda qurudur. Qoruq sahəsinin 73%-ni meşə zolaqları təşkil edir, qalan sahələr meşəsizdir. 4 növ ardıc kolları mövcuddur. Vaxilə kəsilmiş, doğranmış ağacların sahəsində yovşan, dənli bitkilər, çoxillik və cürbəcür ardıc kolluqları, palıd, qaraağac, qovaq ağacı, qızılağac, söyüd ağacı, iydə ağacı, doqquzdon kolu və başqa bitkilər yetirşdirilmişdir. Qoruğun sahəsində 60 növ ağac və kolluqlar mövcuddur. Qoruğun heyvanlar aləmi sayca az olsa da, tərkibi çox müxtəlifidr. Burada 24 növ məməlilər, 20 növ sürünənlər, 112 növ quşlar, 3 növ suda – quruda yaşayan heyvanlar mövcuddurlar. Müsbət halların çox olmasına baxmayaraq, bir çox növlər: adi nar, cır üzüm, qonur ayı, qaban, meşə pişiyi, porsuq, dovşan, kəklik, qırqovul, müşkül quşu, keçəl kərkəs, gürzə ilanı Qırmızı kitaba salınmışlar.




ŞİRVAN QORUĞU

Şirvan düzənliklərinin Cənub şərq hissəsində Səlyan və Neftçala rayonlarının ərazisində yerləşir. 1969-cu ilin iyunun 30-da Bəyəndovan yasaqlığının yerində təbii kompleksi ilk növbədə ceyranları qorumaq məqsədilə təşkil olunmuşdur. Sahəsi 25,76 min HA-dır. İqlimi mülayim – istidir. Relyefi müxtəlifdir, su bolluğudur (göl, kanal, dəniz), müxtəlif kolluqlar və bitkilər var. Torpağı bozqır, bozqır çəmən, çəmən – bataqlıq və qumluqdur. Bütün bunlar ceyranın və başqa heyvanların ömür sürməsi üçün çox əlverişlidir. 30 növə yaxın məməlilər, 22 növ sürünənlər, 4 növ suda – quruda yaşayanlar, 35 növ quş, 15 növ balıq var. Ceyranların sayı get – gedə artır. Belə ki, 1961-ci ildə 77 baş, 1969-da 400 baş, 1986-da 4800 baş olub. İndidə artmaqdadır. Ceyran, turac, dovdaç quşu, bəzgək quşu, səhra qartalı, Aralıq dənizi tısbağası və s. Azərbaycanın Qırmızı kitabına salınmışlar.


QARAGÖL QORUĞU.
Bu qoruq Azərbaycan Respublikasının Laçın, Ermənistan respublikasının Gorus rayonlarının arasında yerləşir. 240 ha sahəyə malikdir. Onun 75%-i su akvatoriyası, 25%-i gölü əhatə edən quru sahələrdir. Quru ərazi əsasən yarğanlıq və qayalıqdır. Ərazidə qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Gölün hövzəsi 13 km2 – dir. Sönmüş vulkan kraterində yerləşən bu gölün maksimum uzunluğu 1950m, maksimum eni 1250m, sahil xəttinin uzunluğu perimetri 5500 m, maksimum dərinliyi isə 78 m – dir. Quru ərazi alp çəmənliklərindən ibarətdir. Burada 100-dən çox bitki növləri var, üçyarpaq yonca, gəvə, qırxbuğum, qaymaq çiçəyi və s. Göl özü ildə 6 – 7 ay buzla örtülür və səbəbdən balıqların başqa suda yaşayanların inkişafı məhdudlaşır.



PİRQULU QORUĞU.

Böyük Qafqaz dağları döşünün Cənubi – Şərq hissəsində yerləşir. 1968-ci il dekabrın 25-də Şamaxı rayonun dağ – meşəlik sahəsində yaradılmışdır. Ümumi sahəsi 1,52 min HA-dır, o cümlədən meşəlik sahəsi 1,43 min ha. Qoruğun sahəsi dağ dərələri və dərin vadilər hesabına 3 tərkib hissəyə bölünmüşdür. Torpaqları qonur dağ – meşə, palıdı dağ – meşə və çürüntülü, karbonatlı dağ meşə hissələrdən ibarətdir. İqlimi qışda soyuq, başqa vaxtlarmülayim istidir. Meşə massivini əsasən vələs meşəsi (57 %), çoxsaylı palıdlar (24 %), fısdıq (18 %-ə yaxın) təşkil edirlər. Bu meşələrdə hətda söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarına da rast olunur. Bu yerlərdə başdan – başa ot örtüyü yoxdur. Əsasən cürbəcür kolluqlardan ibarətdir. Qoruğun florasında 45 növə yaxın çox nadir və yox olmaqda olan bitkilər mövcuddur. Əlverişli, münasib iqlim və bitkilər aləminin müxtəlifliyi sayəsində burada vəhşi heyvanlar üçün gözəl şərait yaranmışdır. Qoruqda 30 növ məməlilər, 9 növ sürünənlər, 6 növ amfibiya, 64 növ quşlar mövcuddur. Palıd və fısdıq meşələrində qaban, vaşaq, qurd, çaqqal, tülkü, cüyür və başqa heyvanlar da yaşayır. Quşlardan: qırqovul, zığ – zığ quşu, qara tetra və başqaları mövcuddurlar. Axır vaxtlar qoruq sahəsinin torpaqlarının aşılanması azalmışdır və bunun sayəsində vəhşi heyvanların və quşların sayı artır. Bir neçə növ bitkilər (qaracöhrə), heyvanlar (qonur ayı, vaşaq, köpkər) quşlar (tetra) Qırmızı kitaba salınmışdır.


QARAYAZI QORUĞU

Bu qoruq respublikanın şimali – qərb hissəsində Agstafa rayonunda Kür çayının sol sahilində yerləşir. 1978-ci il mart ayının 2-də təşkil olunmuşdur. Ümumi sahəsi 4,86 min HA, o cümlədən meşəlik sahəsi 3,48 ha təşkil edir. Qoruğun sahəsini əsasən keçmiş əkin yerləri, örüş yerləri və boş sahələr təşkil edir. Kür çayı boyu kolluqlar, söyüd kolluqları, iydə kolları, yemişan və sonra bitkilər əhatə edir. Bunlardan başqa külli miqdarda ağaclar: qovaq ağacı, palıd ağacı, qızılağac, ağ akasiya və başqa ağaclar da var. Heyvanlar aləminə gəldikdə isə, onların sayı çox deyil. Maral, çaqqal, qaban, qamış pişiyi, dovşan, porsuq, qunduz və başqa məməlilər təsadüf olunur. Quşlardan isə leylək, durna, bülbül, qırqovul, qartal və başqa quşlar təşkil edir. Bunlarla yanaşı bir neçə növ ağaclar, balıqlar, quşlar və məməlilər Qırmızı kitaba salınmışlar: meşə üzümü, adi nar, Qafqaz xurması, çay alabalığı, Qafqaz tetrası, adi quru qurbağası, vaşaq və s.



BƏSİTÇAY QORUĞU

Zəngilan rayonunda Basutçay çayının sahilində yerləşir. Basutçay Araz çayının qollarından biridir. Bu qoruq 1974-cü il iyul ayının 4-də təbii kompleksin və əsasən çinarlıqların qorunması və bərpası məqsədilə təşkil olunmuşdur. Ümumi sahəsi 107 ha, o cümlədən meşəliyi 85 ha-dır. Çinarlıq çay boyu 12 km uzununda sahəni təşkil edir. Bu ağacların çoxlarının yaşı 500 ilə çatır. Qoruqda bunlardan başqa – qoz, Qafqaz dağdağanı, karağac, püstə ağacı, palıd ağacı, kolluqlarda – zoğal, fındıq, itburnu və başqaları mövcuddurlar. Şərq çinarı Qırmızı kitaba salınmışdır.



AĞGÖL QORUĞU


Mil düzü və Kür – Araz ovalıqlarında yerləşir. Ağgöl yasaqlığının su sahəsində 1978-ci ildə Ağcabədi rayonunun ərazisində yaranmışdır. Sahəsi 4,4 min HA, onun 99%-i su, 1 %-i sahilyanı torpaqlardır. Qoruqda gölün təbii kompleksi və ilk növbədə yerli və köçəri quşlar qorunurlar. Gölün dərinliyi 1,5 – 2 metrdir. Torpağı çəmənbataqlıq, bozqır – çəmənlik (şoran) və s-dır. İqlimin mülayim – isti, yayda isti və quru olur. Qoruqda su bataqlıq bitkiləri: adi qamış, su qaymaqçiçəyi, turpa bənzər, qovuqca, şoranlı ot bitkiləri və sair bitkilər mövcuddur. Qoruqda 115 növ quşlar, 21 növ balıq, 6 növ məməlilər, 4 növ sürünənlər, 3 növ suda – quruda yaşayanlar var. Bunlardan bir neçə növlər: turac, sultan quşu, flaminqo (qızılqaz), çay qaranquşu, ağquyruq dəniz qartalı, vəhşi qaz, qutan quşu, qu quşu, suda – quruda yaşayanlardan – Suriya sarımsaq qurbağası və sair Azərbaycanın Qırmızı kitabına salınmışlar.




İSMAYILLI QORUĞU
Böyük Qafqazın Cənub yamaclarında İsmayıllı rayonunun Ərazisində yerləşir. 1981-ci il iyunun 12-də təbii kompleksi qorumaq məqsədilə İsmayıllı yasaqının yerində təşkil olunmuşdur. Sahəsi 5,78 min ha-dır. İki sahədən: dağ (dəniz səthindən 800 – 2250 m hündürdə) ümumi sahənin 96,3%-i və düzənlik (dəniz səthindən 600 – 650 m hündürdə) ümumi sahənin 3,3%-ni təşkil edir. Ərazinin 87%-i meşəlikdir, 4%-i subalp çəmənliyidir. Ərazi çay vadiləri və dağ yamacları vasitəsilə bir neçə sahəyə bölünür. Torpağı qonur – meşə, çürüntülü karbonatlı dağ – meşə və dağ – çəmənlikdir. İqlimimülayim – istidir. Meşələri: palıd, vələs, fısdıq, göyrüş, ağcaqayın, qaracöhrə və s. ibarətdir. Faunada – 40 növ məməlilər, 17 növ sürünənlər, 6 növ amfibiya, 4 növ balıq və 104 növ quşlar mövcuddur. Quşlardan – toğlugötürən quş, Qafqaz tetrası, qartal, qırğı dimdikli tetraçalan, məməlilərdən – qonur ayı, köpkər, yazıpişiyi, balıqlardan – çay xallı balığı Azərbaycanın Qırmızı kitabına salınmışlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyun 2003-cü il tarixdə 115 N-li qərarına əsasən: “İsmailli dövlət təbii qoruğunun ərazisinin genişləndirilməsi barədə 10962 hektardan 16740 hektaracan çatdırılmışdır.”



ALTIAĞAC QORUĞU
Böyük Qafqaz dağlarının cənub – şərq hissəsində 1990-cı il martın 22-də Xızı rayonunun ərazisində təşkil olunmuşdur. Qoruq ətraf ərazidə olan təbii landşaftı qorumaq və torpaqların eroziya prosesinin qarşısını almaq məqsədilə yaradılmışdır. Ümumi sahəsi 4438 ha-dır, bu da respublika ərazisinin 0,05%-ni, qoruqların 2,26%-ni təşkil edir. Qoruğun 90,5%-ni meşə, 9,5%-ni meşəsiz sahələr təşkil edir. İqlimi quraq mülayim – isti olur. Meşələrin əsas ağacları palıd, vələs və fısdıqdır (99%-i). Bunlardan başqa Göyrüş, ağcaqayın və s. meşəaltı kollar isə yemişan, əzgil, itburnu, qaratikan, böyürtikan və s. ibarətdir. Qərazisində əsasən dağ – meşə, çürüntülü karbonatlı dağ – meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ – çəmən və s. torpaq tipləri yayılmışdır. Qoruğun heyvanlar aləmi xeyli zəifdir. Hazırda cüyürə, qonur ayıya, çöl donuzuna, vaşaqa, yenota, dovşana, tülkiyə, fələyə, canavara və s. rast gəlinir. Quşlardan qırqovul, alabaxta, qaratoyuq, bildirçin, çobanaldadan, və s. qorunur. Qonur ayının, çöl qartalının və s. adları Azərbaycanın Qırmızı kitabına düşmüşlər.


İLİSU QORUĞU

Bu qoruq Qazax rayonunun ərazisində Böyük Qafqaz dağlarının Cənub yamaclarında yerləşir. 1987-ci ilin fevral ayının 20-də təşkil olunmuşdur. Sahəsi 9,26 min HA-dır, bunun 89%-i meşəlikdir, 7%-ə yaxın sahə isə çəmənlikdir. Sahəsi dik və sıldırımlıdır. Torpaqlar dağ – çəmənlik, qonur dağ – meşə və palıdı dağ – meşəlikdir. İqlimin mülayim isti, qışda isə soyuqdur. Qoruğun florasında 40-a yaxın növ ağaclar və kolluqlar mövcuddur. Əsas ağaclardan – palıd, fısdıq, vələs, cökə, qaracöhrə ağacı, ağcaqayın ağacını göstərmək olar. Meşə ətəyində – yemişan, itburnu, zoğal, quşarmudu, əzgil və başqaları mövcuddur. Bu sahələrin ot örtüyü yaxşı inkişaf etmişdir. Məməlilərdən – maral, cüyür, qonur ayı, qaban, dələ, qurd, çaqqal, tülkü, dovşan, sürünənlərdən – tısbağa, kərtənkələ, ilan, suda – quruda yaşayanlardan – quru qurbağası, adi qurbağa, ağac qurbağası və s. mövcuddurlar. Qoruqda 50 növə qədər quş növləri var. Ağac növlərindən – qaracöhrə

 
   
 
Copyright © 2011-... by Acme Corporation. All rights reserved
-
<>
online Kataloq
sitene sayaç ekle-silah oyunları oyna
online Kataloq
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol